Bakının Binəqədi rayonunun eyniadlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, yanvarın 11-də axşam saatlarında bir nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.