Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə əsasən, bu gün, 17 mart tarixində xəbər verir.
Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində Bakı şəhər sakinləri M.Əhmədovun idarə etdiyi “Range Rover” və İsmayıl Ağayevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində İ.Ağayev xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü və sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Araşdırma aparılır.