Bakıda elektrik enerjisindən qanunsuz istifadə halları qeydə alınıb. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az “Azərişıq” ASC-yə istinadən məlumat verir.
Yoxlamalar zamanı Nizami rayonu ərazisində avtoyuma və fərdi yaşayış məntəqəsində,o cümlədən Biləcəri qəsəbəsində iki ayrı-ayrı fərdi yaşayış evində elektrik enerjisindən istifadədə qanun pozuntusu qeydə alınıb.
Abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılıb, onların barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.