Bakıda yanğın hadisəsi baş verib.
Bakuplus.az Fpvqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, alışma Xətai rayonunda yerləşən ikimərtəbəli orta məktəb binasın qeydə alınıb. Ümumi sahəsi 2220 kv.m (hər mərtəbəsi 1110 kv.m ) olan tikilinin 2-ci mərtəbəsində sahəsi 25 kv.m olan köməkçi otağa yığılan əşyalar 10 kv.m sahədə yanıb. Əlavə olaraq yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Məktəb binası yanğından mühafizə olunub. Yanğın söndürülüb.