Bakıda avtomobil yanıb. Bu haqda BakuPlus.az 13 noyabr tarixində xəbər verir.
Hadisə paytaxtın Nərimanov rayonunda baş verib.
Rayonun Həsənoğlu küçəsində “Mercedes” markalı avtomobilin yanar hissələri yanıb. Bu səbəbdən yolun həmin istiqamətdə olan hissəsi müvəqqəti bağlanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
[video width="720" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2022/11/whatsapp-video-2022-11-12-at-20.00.24_1.mp4"][/video]