Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 20 sentyabr tarixində Avtosfer.az məlumat verib.
Aydın Əliyev (ad-soyadlar şərtidir) yaşadıqları evdə bacısı Aynurə Əliyevaya qısqanclıq zəminində bıçaqla xəsarətlər yetirib.
Əliyev bacısının telefonuna tanımadığı şəxslərdən mesajlar gəldiyini görüb və mətbəxdən götürdüyü bıçaqla cinayət törədib.
Faktla bağlı “Qəsdən sağlamlığa yüngül zərər vurma” maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin “İST Petrol” (YDM) əməkdaşı olduğu bildirilir.