Bakıda və respublika ərazisində sakinlər könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Fevralın 3-4-də polis əməkdaşları paytaxtda və ölkənin müxtəlif rayonlarında avtomat silahı, tapança, 6 müxtəlif markalı tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron təhvil alıblar.
Əlavə olaraq, keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 2 avtomat silahı, 2 tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 4 patron darağı və 73 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.