Pekin–Paris avtorallisinin ən yaşlı avtomobili Bakıda yanıb. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
110 illik nəqliyyat vasitəsi bu gün səhər Bakıdan Gürcüstana istiqamət alan zaman alışıb. Avtomobilin sahibi layihə rəhbəri, Hero-Ero klubunun başçısı Tomas de Varqas Maçukadır.
Pekin–Paris avtorallisinin iştirakçısı olan digər unikal retro avtomobillər isə hazırda Şamaxıdadır. Yürüşə davam edən avtomobillər Şamaxı rayonunun Meysəri kəndində nümayiş etdirilir.
[caption id="attachment_140490" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]