Sabunçu rayonunda dənizdə adam batıb. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə rayonun Pirşağı qəsəbəsində baş verib. Nəzarət olunan sulardan təqribən 1 km aralıda dənizdə çimən 1 nəfər batıb.
Hazırda onun axtarışları davam edir.