Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində minik avtomobili krana çarpılıb. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, 4 nəfər gənc gecə klubundan çıxandan sonra sərxoş vəziyyətdə “VAZ” markalı avtomobillə “Kamaz” markalı kranın arxasına çarpılıblar. Onlar hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırmalar davam edir.