Paytaxtda oğurluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, sentyabrın 20-də Biləcəri dəmir yolu stansiyası ərazisindən naqil oğurlanması barədə polisə məlumat daxil olub.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 42 yaşlı İ.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.