Ötən gün, avqustun 1-də saat 04:30 radalərində Bakının Xətai rayonunda mopedlə avtomobilin toqquşması ölümlə nəticələnib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək “Hyundai” markalı avtomobilə çarpılıb”, – məlumatda deyilir.
Mopedi idarə edən şəxs hadisə yerində keçinib.
Əlavə olaraq bildirilib ki, sürücü daha öncə də dəfələrlə moped idarə edən zaman təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud sürətdə pozmuşdu. Bunu əks etdirən videogörüntülər də yayılıb.
[video width="848" height="464" mp4="https://bakuplus.az/storage/photos/2024/08/1196df9f2a44ee13dd3f9a221e0a5d691.mp4"][/video]