Binəqədi rayonu ərazisində piyadanın ölməsi ilə nəticələnən qəza baş verib. Bu haqda Bakuplus.az 5 iyul tarixində APA-ya istinadən məlumat verir.
41 yaşlı Zaur Fərəcov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçən 61 yaşlı İslah Qafarovu vurub.
Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.