Qaradağ rayonunda 2 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Puta qəsəbəsində baş verib. Bakı şəhər sakini C.Cəfərov ayrı-ayrı vaxtlarda 2 evdən ümumilikdə 2500 AZN pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.