Paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının yaxınlığında 2 avtomobil toqquşub. Bu haqda bu gün, 19 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sözügedən ərazidə “Honda” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə “Honda” idarəetməni itirərək arakəsməyə çarpılıb. 1 nəfər başından və qolundan xəsarətlər alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Araşdırmalar davam edir.
[caption id="attachment_79710" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]