Bakıda qəza törədərək qaçan sürücü saxlanılıb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Paytaxt ərazisində "MAZ" markalı 33-ZA-043 nömrə nişanlı yük avtomobili dönmə hərəkəti edən zamanı minik nəqliyyat vasitəsini vurub, daha sonra ərazidən qaçıb. Bununla bağlı 050-8000-902 WhatsApp nömrəsinə videomüraciət daxil olub.
Yük maşınının sürücüsü Yaşar Hüseynov polis əməkdaşları tərəfindən tutulub. O, məsuliyyətə cəlb edilib.
[video width="2160" height="2160" mp4="https://bakuplus.az/storage/photos/2024/02/1c916a210850245564bb2b554705b4e51.mp4"][/video]