Bakının Səbail rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, R.Behbudov küçəsində “Geely” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində nəqliyyat vasitəsi Sumqayıt şəhərində əzilmiş vəziyyətdə tapılıb. Həmçinin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən G.Məhərrəmov və A.Mürsəlzadə saxlanılıblar.
Hazırda araşdırma aparılır.