Qadını aldadan şəxs tutulub. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Mirağa Miriyev bir qadını aldadaraq 800 AZN pul ödətməkdə şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.