Nizami rayonu, Qara Qarayev prospektində intiharın qarşısı alınıb. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən prospektdə yerləşən körpüdən 43 yaşlı Ramin Əliyev özünü atmaq istəyib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Xilasedicilər vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparıblar.
İntihar etmək istəyən şəxs körpüdən endirilərək aidiyyəti üzrə təhvil verilib.