Paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti, metronun “Neftçilər” stansiyasında avtobus piyadanı vurub. Bu haqda bu gün, 29 sentyabr tarixində href="https://apa.az/az/hadise/bakida-yasli-qadini-avtobus-vurub-724561">APA-ya istinadən xəbər verir.
53 yaşlı Qələmzar Nəsibova yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən zaman onu “Daewoo” markalı avtobus vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.