Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Prius” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman həmin yolda işıqforun qırmızı işığında “Opel” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Nəticədə “Prius”un sərnişini xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_75368" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]