Bakının Qaradağ rayonunda avtomobil aşaraq yanıb. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“DAF” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yol kənarına aşıb. Qəza nəticəsində avtomobil tamamilə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.