Paytaxtın Qaradağ rayonunda gənc oğlan yol qəzasında xəsarət alıb. Bu haqda bu gün, 27 oktyabr tarixində Report məlumat verib.
Avtomobil yolu keçən 23 yaşlı Həsən Həsənovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.