Qaradağ rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Sahil qəsəbəsində baş verib. Ramiz Əliyev qəsəbədə dayanan nəqliyyat vasitəsindən 3000 AZN dəyəri olan avtomobil kondisionerini oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırma aparılır.