Bakının Qaradağ rayonunda oyun zallarının birindən oğurluq edilib. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, Atçılıq yaşayış sahəsində yerləşən oyun zalından 1100 manat dəyərində 2 oyun aparatı oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində oğurluğa görə axtarışda olan Seymur Əsədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.