Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən rayon ərazisində yerləşən və ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evdə qeydə alınıb. Nəticədə tikili tamamilə yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.