Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 19 sentyabr tarixində xəbər verir.
Qobustan qəsəbəsində 21 yaşlı Şamil Musayev naməlum şəxslə dava zamanı bıçaqlanıb.
Müxtəlif bədən xəsarətləri alan yaralı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.