Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 25 kv.m olan köməkçi tikilidə baş verib. Nəticədə tikilinin dam örtüyü tamamilə kül olub, içərisindəki əşyalar yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.