Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma rayon ərazisində yerləşən “Merecedes” markalı nəqliyat vasitəsində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi, kabinəsi və 2 ədəd ön təkəri yanıb. Maşının digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.