Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 3 oktyabr tarixində Xəzər Xəbər məlumat verib.
Ötən gün axşam saatlarında baş verən hadisə zamanı iki yük maşınının arasında qalan mikroavtobusdakı sərnişinlərdən 2-si dünyasını dəyişib, daha 4 nəfər ağır xəsarət alıb. Araşdırma zamanı məlum olub ki, ən arxada olan yük maşınının sürücüsü sükan arxasında yatıb.