Bakıda narkokuryer kişi və qadın tutulublar. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qaradağ rayonu ərazisində keçirilən əməliyyat zamanı 27 yaşlı Nərgiz Məhərrəmova və 34 yaşlı Elman Əhmədov saxlanılıblar. Onların üzərindən, habelə N.Məhərrəmovanın sərnişin qismində əyləşdiyi avtomobildən, çatdırılma şirkətlərinin birində kuryer kimi çalışan E.Əhmədovun çantasından ümumilikdə 27 kiloqram marixuana və heroin aşkar edilib.
Şübhəli şəxslər narkotikləri İran vətəndaşından aldıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmlar davam edir.