Bakıda narkotik alverinə qarşı əməliyyatlar davam edir. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qaradağ rayonu ərazisində keçirilən əməliyyat zamanı 31 yaşlı Aqil Əlizadə saxlanılıb. Onun üzərindən, avtomobilindən və Masallı rayonu ərazisində yerləşən evindən ümumilikdə 39 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 7 kiloqram heroin, 2 kiloqram metamfetamin, 2 kiloqram tiryək və 2000 ədəd metadon həbi aşkar edilib.
Şübhəli şəxs narkotikləri Fərşad adlı İran vətəndaşından Astara rayonunda əldə etdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam edir.