Bakının Qaradağ rayonunda avtomobildən 11.000 manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 25 yanvar tarixində məlumat verib.
11 yanvar tarixində Lökbatan qəsəbəsi ərazisində “Ford” markalı avtomobildən 11.000 manat pul oğurlanıb.
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Samux rayon sakini M.Seyidov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.