Qaradağ rayonunda avtoxuliqanlıq edən şəxs tutulub. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Dövlət Yol Polisinə istinadən xəbər verir.
Elşən Rüstəmli 10-LK-422 nömrəli “VAZ-2107” markalı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün ona polis tərəfindən “saxla” əmri verilib. Sürücü isə buna məhəl qoymayaraq, qaydaları kobud şəkildə pozub və hərəkətə davam edib.
Həmin şəxs saxlanılıb. Sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla ona 15 sutka həbs cəzası verilib.