Bakının Qaradağ rayonunda motosiklet avtomobillə toqquşub. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qəza Lökbatan qəsəbəsində qeydə alınıb. 47 yaşlı Rasim Abdullayev motosikletlə hərəkətdə olan zaman avtomobillə toqquşub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Fakt araşdırılır.