Qaradağ rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 100 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb. Nəticədə evin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner və plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.