Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən rayon ərazisində olan ”Ford” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə maşın tamamilə yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.