Bakıda transformator yanıb. Bu haqda BakuPlus.az bu gün, 25 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qaradağ rayonunda metaləritmə sexinin ərazisində transformatorun yağı və sarğıları yanıb. Yüksək temperaturdan yaxınlıqdakı 4 ədəd transformator qarsalanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Sex yanğından mühafizə olunub.