Bakı sakinlərini bıçaqlayan şəxs saxlanılıb. Bu haqda 19 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində aprelin 18-də Bakı şəhər sakini Ə.Kərimov və qardaşı oğlu O.Kərimov münaqişə zəminində bıçaqlanıblar. Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini T.Vəliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.