Paytaxtın Qaradağ rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 15 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evin mətbəxində alışma qeydə alınıb. Nəticədə 1 ədəd paltaryuyan maşın və mebel yanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.