Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 21 oktyabr tarixində xəbər verir.
Qaradağ rayonu, Lökbatan qəsəbəsində 36 yaşlı Əli Ağayev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.