Bakının Qaradağ rayonunda fərdi yaşayış evini su basıb. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə Qobustan qəsəbəsində qeydə alınıb. Yağan intensiv yağışlar səbəbindən fərdi yaşayış evinin və həyətyanı sahəsinin subasmaya məruz qalması barədə FHN-ə məlumat daxil olub.
Əraziyə gələn əməkdaşlar su basmış yerlərdən suyu çəkərək kənarlaşdırıblar.