Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma yaşayış binasının 8-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 63 kv.m olan mənzilin eyvanında kombi aparatı və 5 kv.m sahədə ev əşyaları yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzil yanğından mühafizə olunub. Yanğın söndürülüb.