Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 800 kv.m olan zavodda olub. Hadisə zamanı utilizasiya sahəsində 3 kv.m neft tullantıları yanıb. Həmçinin yüksək temperaturdan zavodun dam örtüyünün konstruksiyaları 60 kv.m sahədə deformasiyaya uğrayıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Zavodun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.