Bakı – Sumqayıt qatarını daşlayanlar müəyyən ediliblər. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı–Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər kənardan daş atıblar. Nəticədə vaqonun qapısının şüşəsi sınıb. Bu da qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.
Aparılan araşdırmalar zamanı hadisəni törədən 3 azyaşlı müəyyən edilib və onlar valideynləri ilə birlikdə polis şöbəsində gətirilib. Onlarla söhbətlər aparılıb.
Faktla bağlı araşdırmalar davam edir.