Bakı sakini Qax rayonunda dələduzluqda şübhəli bilinərək saxlanılıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən əməliyyat tədbiri nəticəsində əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunmuş 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərov saxlanılıb.
Verilən məlumata görə, o, rayon ərazisində müxtəlif sakinləri işə düzəltmək, eləcə də digər vədlərlə aldadaraq ümumilikdə 100.000 manat pullarını alıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.