Qayınatasını öldürən şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü oxunub. Bu barədə 30 sentyabr tarixində Report xəbər portalı məlumat verir.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində 23 yaşlı Ayxan Hüseynəliyev qayınatasını 54 yaşlı Xalıq Bağırovu bıçaqlayaraq qətlə yetirib. Hüseynəliyev polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Hüseynəliyevin cinayət işi üzrə məhkəməsi sona çatıb və o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə hökm oxunub.