Paytaxtın Qaradağ rayonu, “Qobu Park” yaşayış kompleksində yanğın baş verib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az href="https://apa.az/az/hadise/qaradagda-yasayis-kompleksinde-yangin-olub-tustuden-zeherlenenler-var-727263">APA-ya istinadən xəbər verir.
Alışmanın çoxmərtəbəli binanın 8-ci mərtəbəsində başladığı müəyyən edilib. Bir neçə nəfər tüstüdən zəhərlənib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.