Avqustun 4-də Qaradağ rayonunun Qobu qəsəbəsi ərazisində 35 yaşlı kişi bıçaqlanaraq öldürülüb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Qaradağ Rayon Prokurorluğuna istinadən məlumat verir.
Prokurorluğa daxil olmuş məlumata görə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 34 yaşlı Nahid Həsənov qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb.
Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır. Həsənov şübhəli şəxs qismində saxlanılıb.