Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda 7 iyun tarixində Report məlumat verib.
Qobustan qəsəbəsi ərazisində iyunun 6-da paytaxt sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V.Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Qəza nəticəsində Eyvazov xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq sürücü orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.